Azərbaycan diasporunun tanınmış fəalının meyiti tapıldı -STAVROPOLDA
Rusiyanın Amur vilayətində Azərbaycan diasporunun tanınmış fəalı, professor Rafael Səlimov vəfat edib. Amur vilayəti azərbaycanlıları Konqresinin sədri Məhəmməd Əsgərov bildirib ki, 1940-ci il təvəllüdlü, Rusiyada kənd təsərrüfatı üzrə tanınmış alim, Konqresin İdarə heyətinin üzvü, professor Rafael Məmmədsəlim oğlu Səlimov iki ildir ki, yaşadığı Stavropol şəhərində dünyasını dəyişib.
Onun meyiti Stavropolda yaşadığı evdə aşkar olunub. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Azərbaycanlı professor Stavropol şəhərində dəfn olunub. (apa)
Mediainfo.az
Digər xəbərlər