Müdafiə Nazirliyindən jurnalistlərə xəbərdarlıq!

Müdafiə Nazirliyindən jurnalistlərə xəbərdarlıq!

15 İyul 2016 09:41
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyi yerli kütləvi informasiya vasitələrinin (KİV) rəhbərlərinə müraciət edib.

Mediainfo.az Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, müraciət cəbhəboyu zonada vəziyyətin həssaslığı ilə əlaqədardır. Nazirlik anonim və qeyri-rəsmi mənbələrdən əldə edilən hərbi məlumatların əksər hallarda araşdırılmadan qeyri-dəqiq formada yayılmasının düşmənin maraqlarına xidmət etdiyini nəzərə alaraq, bu mövzuda xəbərlərin Müdafiə Nazirliyinin rəsmi açıqlaması olmadan və dəqiqləşdirmə aparılmadan ictimailəşdirilməsinin qarşısının alınması tövsiyə edir.

Mediainfo.az