Yaponiya radiasiyası Azərbaycana gəlib

Yaponiya radiasiyası Azərbaycana gəlib

13 Aprel 2011 12:46
Bəyəndim (0) Bəyənmədim (0)
Bunu Ekologiya və Təbii sərvətlər naziri bildirdi

Bu dəqiqələrdə yekunlaşan tədbirin sonunda Ekologiya və Təbii sərvətlər naziri Hüseynqulu Bağırov maraqlı bir açıqlama ilə çıxış etdi. Müxbirin sualını cavablandıran nazir son dövrün aktual ekoloji problemi ilə bağlı dedi: "Yaponiyada baş vermiş faciə zamanı atmosferə yayılan radioaktiv maddələr artıq üç dəfəyə yaxın yer kürəsini dolaşmışdır. Təbii ki, bu, Azərbaycandan da yan ötüşməyib. Maddələrin təhlükəli miqdarı Uzaq Şərq regionunda qaldığı zaman bizə gələn maddələr ekoloji balansı pozmağa qadir deyil."

Xatırladaq ki, bu gün saat 11:00-da Ekologiya və Təbii sərvətlər Nazirliyinin binasında adıçəkilən nazirliklə KİVDF birgə tədbir keçirmişdi. Ölkəmizdə ekoloji maarifləndirmənin kütləviləşməsində KİV-in rolunun artırılması məqsədini daşıyan toplantı bu dəqiqələrdə yekunlaşdı.

Ölkəmizdə ekoloji balans pozulmasa da, həyəcanlanmağa müəyyən qədər əsas var. Gəlin ekologiyamızı və onun ayrılmaz parçası olan özümüzü mümkün təhlükələrdən qoruyaq. Bunun üçün hər birimiz ətrafımızdakı təbii mühitin qorunmasına, təmizliyə, yaşıllığın artırılmasına diqqət, diqqət, yenə də diqqət yetirməliyik.

Natiq Qocaman

O.M.