Türkiyə 48 İŞİD üzvünü axtarışa verdi
Türkiyənin Daxili İşlər Nazirliyi axtarışa verilmiş İŞİD üzvlərinin siyahısını yeniləyib. Yenilənmiş siyahıda ümumilikdə 48 İŞİD üzvünün anketi var. Axtarılan şəxslər arasında əcnəbi ölkə vətəndaşları, eləcə də Azərbaycan vətəndaşı olan Ülkər Məmmədova da var.
Bildirilir ki, axtarışda olan İŞİD üzvləri arasında İŞİD-in Türkiyə üzrə əmiri Mustafa Mol, keçmiş əmir İlhami Balı, Dəniz Böyükçələbi, Mustafa Dokumacı və 8 qadın da var.
Siyahıdakı terrorçuların zərərsizləşdirilməsi üçün ümumilikdə 51 milyon lirə mükafat təyin edilib.
Mediainfo.az
Digər xəbərlər