Motosikletlə azyaşlı Rusiya vətəndaşı vurulub

Motosikletlə azyaşlı Rusiya vətəndaşı vurulub

11 İyul 2016 14:45
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda motosiklet azyaşlı Rusiya vətəndaşını vurub.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində baş verib.

L.Tolstoy küçəsində naməlum motosiklet Rusiya vətəndaşı, 2008-ci il təvəllüdlü Melissa Namikovna Danilovanı vurub və hadisə yerindən qaçıb.

Xəsarət alan M.Danilova 1 saylı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Araşdırma aparılır.

Mediainfo.az