
Çində kömür mədənini su basıb
Çinin şimalındakı Heylonqdzianq vilayətində kömür mədənini su basıb. 19 şaxtaçı xilas edilsə də, 26-sı mədəndə qalıb. Onlarla əlaqə tam kəsilib. Ərazidə xilas işləri aparılır. Mədənin 40 min kub metrədək su ilə dolu olduğu ehtimal edilir. Suyun çıxarılması üçün 3 nasosdan istifadə edilir.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər