Fəhlələr qorxub qaçdılar

Fəhlələr qorxub qaçdılar

4 Aprel 2011 00:04
Bəyəndim (0) Bəyənmədim (0)
Yaponiyada sızıntının qarşısını alacaq işçi tapılmır

Yaponiyada zəlzələ və sunaminin ardından atom stansiyasında yaşanan radiasiya sızıntısı nəzarət altına alına bilmir. 20 qat maaş qarşılığında atom sızıntısının qarşısını alan işçi tapılmır. Orada bir müddət öncə fəaliyyət göstərən "General Elektrik" şirkəti əməkdaşı Riçard Lahey, "Sızıntı heç cür önlənə bilmir. Ancaq Çernobıl faciəsi kimi qorxunc bir vəziyyət ortaya çıxmayacaq". Fukuşimanın 20 kilometr uzaqlığında bəzi kəndlilərlə yanaşı, inək və itlərdən başqa heç kim yaşamır. Yerli sakinlər, "dükanlar bağlıdır, ehtiyaclarımız isə çoxdur. Bölgədə az sayda kəndli evini tərk etməyib. Bir sözlə, tarlalarımızdakı tərəvəzlərlə qidalanmaqdan başqa çarəmiz yoxdur", - deyirlər.

Fukuşima AES-də hələ də sızıntının qarşısı alınmadığı üçün bu günə qədər yüz minlərlə insan köçürülsə də, köçün davamı planı gündəmdədir.

O.M.