İŞİD İraqda ziyarətgaha hücum etdi: 35 ölü, 60 yaralı

İŞİD İraqda ziyarətgaha hücum etdi: 35 ölü, 60 yaralı

8 İyul 2016 11:50
Bəyəndim (0) Bəyənmədim (0)

İraqın Balad şəhərində silsilə partlayışlar və atışma nəticəsində 35 nəfər ölüb, azı 60 nəfər yaralanıb.

APA-nın "Röyters" agentliyinə istinadən verdiyi xəbərə görə, Balad şəhərində yerləşən ziyarətgah ötən gecə terror hücumuna məruz qalıb. Terrorçu-kamikadzelərdən biri ziyarətgahın girişində, müqəddəs məkanı qoruyan polislərin qarşısında özünü partladıb. Doqquz silahlı ilə müşayiət olunan ikinci terrorçu-kamikadze ziyarətgaha daxil ola bilib. Bundan başqa, türbənin ərazisi raket zərbələrinə məruz qalıb.

Azı bir terrorçu-kamikadzenin məhv edildiyi bildirilir.

İŞİD terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Mediainfo.az