Rəşad Məmmədov Apellyasiya Məhkəməsinə müraciət edib

Rəşad Məmmədov Apellyasiya Məhkəməsinə müraciət edib

4 İyul 2016 14:39
Bəyəndim (0) Bəyənmədim (0)

Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

Apa-nın məlumatına görə, apellyasiya şikayətində R. Məmmədov barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Şikayətə yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Məmmədov və İsfəndiyar İsfəndiyarov 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar, Arzu Məmmədov barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri isə ləğv olunub.

Həmin şəxslər dələduzluqda təqsirləndirilib. Bir müddət əvvəl həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Zabil Salmanov ərizə ilə istintaq orqanına müraciət edib və təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətinin olmadığını bildirib.

Mediainfo.az