Türkiyə erməni-türk protokollarını etibarsız saydı

Türkiyə erməni-türk protokollarını etibarsız saydı

23 Avqust 2011 12:52
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Parlamenti erməni-türk protokollarını qüvvədən düşmüş hesab edib. Türkiyə parlamentinin daxili nizamnaməsinə əsasən qurumun əvvəlki heyəti tərəfindən müzakirə olunmayan qanun layihələrinin hüquqi qüvvələri bitmiş sayılır. Lakin Türkiyə qanunvericiliyi hökumət və ya deputatlar tərəfindən sənədin yenidən gündəliyə gətirilməsini də nəzərdə tutur.

Qeyd edək ki, Türkiyə və Ermənistan arasında diplomatik əlaqələrin bərpa edilməsinə dair protokollar 2009-cu ilin 10 oktyabr tarixində Sürixdə imzalanıb. Protokollardan biri iki ölkə arasında münasibətlərin inkişafını, digəri isə diplomatik münasibətlərin qurulmasını nəzərdə tutur. Lakin Ermənistan Türkiyənin ön şərt irəli sürməsini bəhanə gətirərək 2010-cu ilin 22 aprelində bu prosesin dondurulması haqqında qərar qəbul edib.

Türklərlə iş görəndə sözlə danışmaq kifayətdir, müqavilə bağlamağa da ehtiyac yoxdur... Erməni ilə belə bir fikriniz olarsa, onda heç bir sənədləşmə aparmağın əhəmiyyəti yoxdur, sadəcə şərə rast gələcəksiniz. (Alferd Kerte, alman səyyahı)

Tofiq Əliyev

O.M.