Liviya neft ixracına başlayıb

Liviya neft ixracına başlayıb

13 Aprel 2011 09:29
Bəyəndim (0) Bəyənmədim (0)

Qətər hökuməti Liviya milli keçid hökumətinə neft ixracını təmin etməkdə kömək edib. Əl Cəzirə telekanalının yaydığı məlumatda bildirilir ki, dünən axşam saatlarında neftlə dolu iki tanker Qətər sahillərinə yan alıb.

Bundan əlavə Benqazi limanından Qətərə neft, dizel və neft məhsulları göndərilmişdir. Qeyd edək ki, Liviyanın neft ixracı yalnız Qətər vasitəsi ilə aparılır.

Associated Press- in verdiyi məlumatda göndərilən malların ümumi dəyəri 120 milyon dollar təşkil edib. Üsyançı qüvvələr neftdən gələn gəliri yeni silahların alınmasına və Qəddafiyə qarşı mübarizəni davam etdirməkdə istifadə edəcək.

Qeyd edək ki, Liviyada neft ixracının bərpası dünyanın neft qiymətlərinə də təsir göstərəcək. Bu arada, dünya ölkələri Qəddafi tərəfdarlarına neft satışına qadağa və sanksiyalar tətbiq edir.

Əsas məsələ qara qızıldır, yəni neft. Bu yolda qırmızı qanı axıtmağa da dəyər. Bax budur ağ günlər yaşayan Qərbin istəyi...

Elvin Babayev

O.M.