Bakıda marşrut avtobusları toqquşub, yaralananlar var

Bakıda marşrut avtobusları toqquşub, yaralananlar var

23 Avqust 2011 11:15
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saatlarında Bakının Binəqədi rayonunda iki marşrut avtobusu toqquşub. Binəqədi rayon polis İdarəsindən APA-ya verilən xəbərə görə, 145 saylı marşrutu ilə 165 saylı marşrut avtobusunun toqquşması nəticəsində hər iki avtobusda olan sərnişinlərdən bir neçəsi yaralanıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb, yaralılara ilkin tibbi yardım göstərilib. Hazırda ərazidə polis əməkdaşları araşdırma aparırlar.

Marşrut avtobus sürücüləri unutmamalıdırlar ki, sərnişinləri mənzil başına çatdırmaq lazımdır, son mənzilə yox.

Tofiq Əliyev

O.M.