Yaponiyada sunami təhlükəsi elan olunub

Yaponiyada sunami təhlükəsi elan olunub

19 Avqust 2011 12:22
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyada güclü zəlzələ baş verib. Yeraltı təkanlar ölkənin şimal-şərqində qeydə alınıb. İlkin məlumata görə, zəlzələnin gücü 6,8 bal olub. Hakimiyyət orqanları ölkənin şimal-şərq sahillərində sunami təhlükəsi elan edib. Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur. Yaponiya Meteorologiya Qurumu və atom-elektrik stansiyalarını idarə edən Tokyo Elektrik Qurumu yeraltı təkanların mart ayında baş verən zəlzələdən zərər çəkmiş "Fukusima-1" stansiyasının fəaliyyətinə təsir göstərmədiyini bildiriblər. Zəlzələ zamanı paytaxt Tokioda binalar yüngül silkələnib.

Zəlzələ yaponları vəlvələyə saldı.

Tofiq Əliyev

O.M.