“Axundov” parkının yaxınlığında intihara cəhd olub

“Axundov” parkının yaxınlığında intihara cəhd olub

18 Avqust 2011 16:09
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün paytaxtda "Axundov" parkının yaxınlığında yerləşən hündür mərtəbəli binada intihara cəhd olub. Şəxsiyyəti hələlik müəyyənləşməyən naməlum kişi binanın damından özünü atmaq istəyib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib. Psixi durumunda problemlər olan həmin şəxslə aparılan söhbət nəticəsində onu fikrindən yayındırmaq mümkün olub. Hazırda intihara cəhd edən həmin şəxsin kimliyi və bu addımı hansı məqsədlə atmasının səbəbləri araşdırılır.

Kimi yaşamağa imkan vermir, kimi də ölməyə.

Tofiq Əliyev

O.M.