Şəkidə qısqanclıq zəminində dəhşətli qətl törədilib
Bu gün səhər saatlarında Şəki şəhəri, Axundov prospektində yerləşən "Şahmat evi"nin qarşısında dəhşətli qətl törədilib. Şəhər sakini 55 yaşlı Əliəsər Yusifov həmyerlisi, 45 yaşlı Fərrux Şaşa oğlu Güləhmədovun boynunu kəsib. Hadisənin şahidi olanlar Fərrux Güləhmədovu təcilli xəstəxanaya aparıblar. Lakin o çoxlu qan itirdiyindən yolda dünyasını dəyişib. Hadisəni törədən Ə. Yusifov saxlanılıb. İlkin məlumata görə, o, hadisəni qısqanclıq zəminində törədib. Faktla bağlı cinayət işi başlanıb.
Əliəsər Yusifov əli əsə-əsə qətl törətdi.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər