
Şəmkir sakini Kürdə boğulub
Şəmkir rayon sakini kür çayında çimərkən boğulub. Hadisə dünən saat 16:00 radələrində baş verib. Şəmkir rayon Əliyaqublu kənd sakini, 1976-cı il təvəllüdlü Zəfər Həsən oğlu Həsənov Kür çayında çimərkən boğulub. Hadisədən dərhal sonra hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin Dalğıc Xilasetmə qrupu mərhumun meyitini sudan çıxarıblar. Meyit aidiyyəti üzrə mərhumun ailəsinə təhvil verilib. Faktla əlaqədar Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.
Ehtiyat həmişə igidin yaraşığıdır. Hətta, çiməndə də.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər