12 yaşlı oğlan intihar etdi

12 yaşlı oğlan intihar etdi

17 Avqust 2011 11:00
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtın Xəzər rayonunda intihar hadisəsi baş verib. Bu barədə APA-ya rayon Prokurorluğundan bildirilib. Hadisə avqustun 12-də Binə qəsəbəsi, Atçılıq yaşayış massivində qeydə alınıb. Orada yaşayan, 1999-cu il təvəllüdlü Ömər Namiq oğlu Nuriyev özünü asıb. Ailə üzvləri tərəfindən dərhal xəstəxanaya çatdırılan Ö. Nuriyev avqustun 16-da orada dünyasını dəyişib. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Onun orta məktəb şagirdi olduğu bildirilir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma gedir.

Həyat insana Tanrı tərəfindən verilən ən gözəl hədiyyədir. Kimsə bu hədiyyədən imtina edirsə, deməli küsdürüblər.

Tofiq Əliyev

O.M.