Antenna ustası hündürmərtəbəli binadan yıxılıb öldü

Antenna ustası hündürmərtəbəli binadan yıxılıb öldü

16 Avqust 2011 13:56
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhəri Xətai rayonu Əhmədli metrostansiyası yaxınlığında, Qaçaq Nəbi küçəsi 12 ünvanında hündürmərtəbəli binanın VII mərtəbəsindən bir nəfər yıxılıb. Məlumata görə, orta yaşlı bir nəfər antennanı təmir etmək istəyərkən yıxılıb. Yıxılan şəxs hadisə yerində ölüb. Qeyd edək ki, hələlik yıxılan şəxsin kimliyi məlum deyil.

Heç kəs faciədən sığortalanmayıb. Buna baxmayaraq hər zaman ehtiyatlı olmaq lazımdır.

Tofiq Əliyev

O.M.