Avqust ayının 4 günü qeyri-iş günü olacaq

Avqust ayının 4 günü qeyri-iş günü olacaq

16 Avqust 2011 13:45
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda Ramazan bayramı ilə bağlı 4 gün iş olmayacaq.

Nazirlər Kabinetindən verilən məlumata görə, hökumət Ramazan bayramı ilə bağlı iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib. Qərara görə, Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2011-ci ilin 27 avqust istirahət günü ilə 29 avqust iş gününün yeri dəyişdirilib. Beləliklə avqustun 28, 29, 30 və 31-i qeyri-iş günü olacaq. Ramazan ayının ilk günü bu il miladi təqvimlə avqustun 1-də başlayıb. Ayın görünməsindən asılı olaraq Ramazan Bayramı Ramazan ayının 29-u və ya 30-na (miladi təqvimlə avqustun 30-na və ya 31-nə ) təsadüf edəcək.

Allah oruc və namazlarınızı qəbul etsin.

Günel Həbib

O.M.