Dünyanın ən hündür binası inşa olunacaq

Dünyanın ən hündür binası inşa olunacaq

12 Aprel 2011 13:45
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyanı bürüyən göydələn dalğasına bir yenisi də əlavə olunacaq. Səudiyyə Ərəbistanında dünyanın ən hündür binası - 807 metr hündürlüyündə olan Bürc Dubaydan da yüksək bina inşa olunacaq.

Kral Abdulla bin Abdül Əziz dünən mətbuata verdiyi açıqlamada binanın 1500 metr olacağını və layihənin artıq hazır olduğunu deyib.

Bina liman şəhəri Ciddədə inşa olunacaq. Ümumi dəyəri 12 milyard dollar olan binada hotellər, mağazalar, ofislər və yaşayış evləri yerləşəcək.

Bina "Kral Qalası" adlandırılacaq. Qeyd edək ki, binanın layihəsini və tikinti işlərini Bürc Dubayı inşa edən şirkət - "Emmar" həyata keçirir.

Ərəblərin pulu artdıqca binalarının boyu da uzanır. Deyəsən, göyün yeddinci qatına qalxıb, cənnətdə kef eləmək istəyirlər.

Elvin Babayev

O.M.