Ana 3 uşağını asdıqdan sonra intihar edib

Ana 3 uşağını asdıqdan sonra intihar edib

29 Aprel 2016 10:12
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstanın Şərqi Qazaxıstan vilayətinin Şemonaix şəhərinə mənzillərdən birində bir qadın və 3 uşağın meyiti tapılıb.

apa-nın "Novosti-Kazaxstan"a istinadən verdiyi məlumata görə, bu barədə regionun Daxili İşlər Departamentinin mətbuat xidməti məlumat yayıb.

Qadının 1981-ci il təvəllüdlü, uşaqların isə 2-10 yaş arasında olduqları deyilir.

İlkin məlumata əsasən, ana əvvəlcə uşaqlarını asıb, sonra intihar edib. Onun hadisəni törətməsinin səbəbləri məlum deyil. Məlumata əsasən, qadının əri də hadisədən sonra özünü öldürməyə cəhd göstərib.

Mediainfo.az