Türkiyə deputatları əlbəyaxa oldular - FOTO

Türkiyə deputatları əlbəyaxa oldular - FOTO

28 Aprel 2016 10:40
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Böyük Millətlər Məclisinin dünənki iclasında əlbəyaxa dava baş verib.

Dava AKP və HDP fraksiyaları arasında baş verib.

Davanın əsl səbəbi isə HDP-nin Şırnakdan olan millət vəkili Fərhad Encünün ölkənin cənubi-şərq əyalətlərində davam edən antiterror əməliyyatlarını tənqid edərkən işlətdiyi ifadələr olub.

PKK terrorçuları ilə mübarizə aparan türk əsgərinə və polisinə "dinc sakinləri öldürür" deyə böhtan atan HDP millət vəkili ilə AKP millət vəkilləri arasında mübahisə yaranıb.

Daha sonra mübahisə davaya dönüb və iki partiyanın millət vəkilləri bir-birinə hücum çəkiblər. (ölkə)

Mediainfo.az