DY polisi qəza törədib, xəsarət alanlar var

DY polisi qəza törədib, xəsarət alanlar var

27 Aprel 2016 10:13
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru Elvin Qarayevin idarə etdiyi BMW markalı, 99 YP 357 dövlət nömrə nişanlı avtomobil Maştağa qəsəbə sakini Vahab Manafovun idarə etdiyi "VAZ-21015" markalı 90 NZ 885 dövlət nömrə nişanlı maşınla toqquşub. Qəza nəticəsində "VAZ-21015"in sürücüsü və həmin avtomobildə olan sərnişin, 1989-cu il təvəllüdlü Dilqəm Manafov xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Qəza zamanı hər iki avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az