DİN: Şəxsiyyət vəsiqələri dəyişdirilir - Rəsmi xəbər
Ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.
Bu barədə Mediainfo.az-a Daxili işlər nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə bu işin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti belə tədbirlər respublikanın Bərdə, Qazax, Şəmkir, Yevlax, Şəki, İsmayıllı, Qusar, Şamaxı, Zərdab, Tərtər, Sumqayıt, Xızı şəhər və rayonlarında baş tutub.
Səyyar xidmətlər zamanı adları çəkilən şəhər və rayonlarda ümumilkdə 2 min nəfərə şəxsiyyət vəsiqələrinin verilməsi təmin edilib, 2100 şəxsin isə müvafiq sənədləri qəbul olunub.
Analoji tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.
Mediainfo.az










































.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)

















