FHN təyyarəsi neftçinin meyitini gətirməyə getdi
Aprelin 18-də Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış və azərbaycanlı neftçiyə məxsus olduğu ehtimal edilən meyiti gətirmək üçün Fövqəladə Hallar Nazirliyinin təyyarəsi yola düşüb. Bu gün FHN-in "BE-200ÇS" amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana gedib.
Qeyd edək ki, meyiti tapılan şəxsin kimliyi hələlik dəqiqləşməyib. Həmin şəxsin keçən ilin dekabrında "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən biri olduğu ehtimal edilir.
Mediainfo.az
Digər xəbərlər









































.jpg)
.jpg)
.jpg)
















































