DƏHŞƏT: yük maşını yolun ortasında qalan şəxsin üstündən keçdi
Daxili İşlər Nazirliyi Sumqayıt şəhərinin Yaşma qəsəbəsində baş vermiş dəhşətli yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidməti xəbər verir ki, aprelin 20-də saat 20 radələrində Sumqayıt şəhərinin Yaşma qəsəbəsində qəsəbə sakini Nizami Əliyev idarə etdiyi "Kia" markalı avtomobillə yolu keçən şəhər sakini Əlişirin Qasımovu vurub və bu zaman müəyyən edilməmiş yük avtomobili Ə.Qasımovun üzərindən keçib. Ə.Qasımov hadisə yerində ölüb.
BDYPİ tərəfindən araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər












































































.jpg)
.jpg)
.jpg)














