Xəzərin Türkmənistan sahillərində neftçi ehtimal edilən meyit tapılıb

Xəzərin Türkmənistan sahillərində neftçi ehtimal edilən meyit tapılıb

20 Aprel 2016 09:45
Bəyəndim (0) Bəyənmədim (0)
FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi Türkmənistana hazırlaşır

Xəzər dənizinin Türkmənistan sahillərində neftçi olduğu ehtimal edilən meyit tapılıb.

Mediainfo.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Azərbaycanın Türkmənistandakı səfirliyindən bildirilib ki, aprelin 18-də Xəzər dənizinin Türkmənistan sahillərində meyiti tapılan şəxsin ilkin olaraq, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.

Bununla əlaqədar, FHN-in "BE-200ÇS" amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb.

Mediainfo.az