Nardaran sakinindən avtomat götürüldü

Nardaran sakinindən avtomat götürüldü

15 Aprel 2016 16:15
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Sabunçu rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları növbəti əməliyyat tədbirləri keçirib.

Əməliyyat rayonun Nardaran qəsəbəsində qeydə alınıb.

Nardaran qəsəbə sakini İmran İmamverdiyev evində avtomat silah saxlayıb. Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşlarının İmran İmamverdiyevlə apardıqları profilaktiki söhbətlər aparıb. Bundan sonra o, evində saxladığı "AKM" markalı silahı könüllü olaraq polisə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az