"Sədərək" TM-nin qarşısında ağır qəza baş verib: 24 yaşlı sürücü ölüb
Bu gecə saat 04:20 radələrində Qaradağ rayonunda, "Sədərək" ticarət mərkəzinin qarşısında "VAZ 21015" markalı minik avtomobili metal maneəyə çırpılıb. Nəticədə avtomobildə olan şəxslərdən 24 yaşlı oğlan hadisə yerində ölüb. 25-30 yaşlı daha iki nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Qaradağ rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırmalar aparılır. (lent)
Mediainfo.az
Digər xəbərlər






























































































