Tanınmış rəssamın oğluna 7 il həbs cəzası istənilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Prosesdə dövlət ittihamçısı çıxış edib. O, N. Ağabəyovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə prosesi aprelin 22-də davam etdiriləcək.
Qeyd edək ki, Meydan TV-nin direktoru Emin Millinin qaynı olan N. Ağabəyov Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. N. Ağabəyovun atası Mais Ağabəyov Azərbaycanın tanınmış rəssamlarından biridir.
Mediainfo.az
Digər xəbərlər

































.jpg)
.jpg)
.jpg)
























































