Rövnəq Abdullayev şəhid pilotların ailələrinə mənzil bağışladı

Rövnəq Abdullayev şəhid pilotların ailələrinə mənzil bağışladı

14 Aprel 2016 11:49
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev cəbhədə baş verən son hadisələrdə şəhid olan pilotların ailələrinə ev bağışlayıb.

Bu addım SOCAR prezidentinin təşəbbüsüdür və şəxsi büdcəsi hesabına verilib. Mənzillər Bakı şəhərində yerləşir.

Qeyd edək ki, 4 günlük müharibədə şəhid olan pilotlarımız mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və polkovnik-leytenant Murad Mirzəyevdir.("Qafqazinfo")

Mediainfo.az