Suriyada daha bir azərbaycanlı öldürüldü –FOTO

Suriyada daha bir azərbaycanlı öldürüldü –FOTO

12 Aprel 2016 12:11
Bəyəndim (0) Bəyənmədim (0)

Suriyada İŞİD qruplaşmasının tərkibində Bəşər Əsəd qüvvələrinə qarşı döyüşən azərbaycanlı mücahid öldürülüb.

Dünən axşam saatlarında Hələbin cənubunda Fətih ordusunun rəhbərliyi altında "Əhraruş Şam", "Nüsrət Cəbhəsi", "Ecnaduş Şam", "Ceyüş-Sünnə", "Ceyşül İslam" və "Fəlyakuş Şam" qruplarının birgə iştirakı ilə hərbi əməliyyatlar keçirilib.

Müxalif qüvvələrin tərkibində döyüşən iki qafqazlı İŞİD-çi əməliyyatlar zamanı həlak olub. Ölənlərdən biri Əbu Əli Azəri (Elşən) ləqəbli Azərbaycan vətəndaşıdır.

Əbu Əli Azərinin üç il öncə azərbaycanlı İŞİD-çi Rüstəm ƏsGərovla birlikdə Suriyaya getdiyi və orada bir qadınla evləndiyi bildirilib.

Həlak olan azərbaycanlı döyüşçünün Suriyalı qadından iki övladının olduğu qeyd edilib. (Azvision)

Mediainfo.az