Yasamalda daha bir qadın intiharı
Yasamal rayon Polis İdarəsindən Mediainfo.az-a verilən məlumata görə, bu gün saat 11.00 radələrində rayonun Şərifzadə küçəsində şəxsiyyəti hələlik məlum olmayan 30-35 yaşlı qadın özünü 9-cu mərtəbədən atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, ötən gün də Yasamalda daha bir qadın özünü binadan atıb.
Mediainfo.az
Digər xəbərlər
































































































