Daima məhkəməyə verilən "Şərurlu İsfəndiyar" da kimisə məhkəməyə verərmiş...

Daima məhkəməyə verilən "Şərurlu İsfəndiyar" da kimisə məhkəməyə verərmiş...

11 Aprel 2016 11:24
Bəyəndim (0) Bəyənmədim (0)

Daima məhkəmələrə verilən tanınmış iş adamı İsfəndiyar Axundov indi Hom Paş Prestij MTK şirkətini məhkəməyə verib.

Şərurlu İsfəndiyar mənzillərin və mağazaların ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə tələb irəli sürüb.

Xətai Rayon Məhkəməsi iddianı təmin edib. Qərardan narazı qalan MTK apellyasiya şikayəti verib. İşə Bakı Apelyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Şərurlu İsfəndiyar kimi tanınan iş adamı İsfəndiyar Axundov Bakıda çoxmərtəbəli bina tikintisi ilə məşğul olur.

Mediainfo.az