Baş nazir istefa vermək istəyir

Baş nazir istefa vermək istəyir

8 Aprel 2016 12:27
Bəyəndim (0) Bəyənmədim (0)

Qırğızıstanın baş naziri Temir Sarıyev Prezident Almazbek Atambayevin adına istefa ərizəsini təqdim etmək niyyətindədir

Bu barədə Qırğızıstanın Nazirlər Kabinetinin aparatındakı mənbə bildirib.

Baş nazirin belə qərarına səbəb hökümət nümayəndələrindən biri ilə yaranan fikir ayrılığının olduğu ğöstərilir.

Qırğızıstan Nazirlər Kabinetinin mətbuat katibi Nəzirə Əhmədova bildirib ki, Baş nazir hələ istefa ərizəsini təqdim etməyib.

TASS qeyd edir ki, daha öncə T.Sarıyev və nəqliyyat və kommunikasiya naziri Argınbek Malabayev arasında mübahisə yaranıb. Buna səbəb isə yol tikintisi layihələrində Çin şirkətlərinin bəzi məmurlar tərəfindən lobbiçilik etməsi olub. Mubahisədən sonra Baş nazir ölkə prezidentinə nazirin işdən azad olunmasına dair təqdimat verib. Qırğızıstan Prezidenti sənədi imzalamayıb, amma hüquq-mühafizə oqranlarına müvafiq tenderlərlərin araşdırılmasına dair tapşırıq verib. (apa)

Mediainfo.az