Cəbhəyə kampaniya təşkil edən bloger saxlanıldı

Cəbhəyə kampaniya təşkil edən bloger saxlanıldı

5 Aprel 2016 14:20
Bəyəndim (0) Bəyənmədim (0)

Bu dəqiqələrdə sosial şəbəkələrdə yayılan məlumata görə bloger Mehman Hüseynov Polis əməkdaşları tərəfindən saxlanılıb. Bloger Səbail RPİ-nə aparılıb. İlkin ehtimala görə onun saxlanılmasının səbəbi cəbhədəki əsgərlərə yardım kampaniyası elan etməsidir.

Qeyd edək ki, M.Hüseynov bu gün sosial şəbəkə belə bir elan paylaşmışdı:

"Artıq yük maşını tapmışıq, bütün əşyaları, göndərilən payları yığıb çıxacağıq cəbhə bölgəsinə. Kimin evdən, işdən çıxmağa imkanı yoxdursa, amma əsgərlərimizə pay göndərmək istəyirsə, mütləq desinlər, özümüz gələrik sizin qapınıza! Həmçinin cəbhədə qulluq edən zabitlərlə əlaqə saxladıq. Onlar bizi qarşılayıb əsgərlərə göndərilən payınızı qəbul edəcəklər. Çox xahiş edirik, nəzərə alasınız ki, əsgərlərimizin yemək problemi yoxdur! Biz, siz onlara ancaq siqaret, isti corab, üzqırxan və bu tipli əşyalar göndərə bilərik! Bu çətin, amma fəxr olunası günlərimizdə ordumuza dəstək olmalıyıq! Qələbə bizimlədir!"

Mediainfo.az