Müdafiə Nazirliyi: "30-dək erməni hərbçisi məhv edilib, 3 tank isə yararsız hala salınıb"

Müdafiə Nazirliyi: "30-dək erməni hərbçisi məhv edilib, 3 tank isə yararsız hala salınıb"

4 Aprel 2016 14:19
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 4-də erməni silahlı bölmələri Xocavənd - Füzuli istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma cəhd göstəriblər.

Mediainfo.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, cavab olaraq Azərbaycan Silahlı Qüvvələri düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurublar. Əks hücum zamanı erməni silahlı qüvvələrinin 3 tankı və 30-dək hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə düşmənin bir batareyası darmadağın edilib.

Silahlı Qüvvələrimiz cəbhəboyu əməliyyat şəraitini tam nəzarət altında saxlayır və gözlənilən bütün təxribatların qarşısını almağa hazırdır.

Mediainfo.az