Erməni silahlı qüvvələri Tərtərin daha bir dinc sakinini yaralayıblar
Erməni silahlı qüvvələrinin atdığı mərmilərdən biri Tərtər rayonun Düyərli kəndində həyətyanı sahəyə düşüb.
Hadisə bu gün günorta saatlarında qeydə alınıb. Kənd sakini, 1983-cü il təvəllüdlü Əliyeva Mehparə Nəbi qızı çoxsaylı qəlpə yaraları alıb.
Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılan qadının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Mediainfo.az
Digər xəbərlər