Xaricdə yaşayan azərbaycanlılar: "Qarabağda döyüşmək istəyirik" - FOTO
Xaricdə yaşayan azərbaycanlılar Qarabağda döyüşmək üçün deputata müraciət ediblər
Millət vəkili Tahir Mirkişili açıqlamasında bildirib ki, Rusiya və digər ölkələrdə yaşayan azərbaycanlılar müxtəlif vasitələrlə onunla əlaqə saxlayaraq, işğal altında olan ərazilərimizi azad etmək üçün cəhbəyə gəlmək istədiklərini deyiblər:
"Mənə Rusiya və digər ölkələrdə yaşayan azərbaycanlılar çoxsaylı müraciətlər edir, Azərbaycana gəlib torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşmək istədiklərini bildirirlər. Dünya azərbaycanlıları Vətən uğrunda son nəfəsinə qədər döyüşməyə hazırdır. Bütün azərbaycanlılar Ali Baş Komandanın ətrafında sıx birləşib, onun əmrlərini gözləyirlər. Cənab Prezidentimiz əmr verəcəyi təqdirdə hər kəs cəhbəyə yollanaraq, düşməni məhv etməyə gedəcək".
Qeyd edək ki, hazırda nəinki Rusiya, həmçinin İran, Türkiyə, Pakistan, Belarus, Avropa ölkələri və digər dövlətlərdə yaşayan həmvətənlərimiz Dağlıq Qarabağı işğaldan azad etmək üçün döyüşlərdə mübarizə aparmaq məqsədilə Azərbaycana gəlmək istədiklərini bəyan edirlər. Dünya ölkələri və beynəlxalq təşkilatların əksəriyyəti də Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və Ermənistanın quldur dəstələrinin torpaqlarımızdan çıxmasını tələb edirlər. (azvision)
Mediainfo.az