Azyaşlılar əsgərlərimizə belə dəstək oldular

Azyaşlılar əsgərlərimizə belə dəstək oldular

4 Aprel 2016 12:32
Bəyəndim (0) Bəyənmədim (0)

Son bir neçə gündə mənfur ermənilər tərəfindən işğal olunmuş ərazilərdə uzun müddətdən bəri ilk dəfə gərgin döyüşlər getdi.

Belə ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejimi və beynəlxalq hüququn tələbləri kobud şəkildə pozularaq cəbhəboyu, həmçinin təmas xəttinə yaxın olmayan yaşayış məntəqələri iriçaplı silahlardan, mina və qumbaraatanlardan, artilleriya qurğularından intensiv atəşə tutulub. Ancaq ordumuzun cavab atəşi ilə düşmən susduruldu. Nəticədə 15 şəhidimizi itirsək də, bir neçə yüksəkliyi ələ keçirdik. Səngərə gərgin döyüşlərin getdiyi vaxt, arxa cəbhədə hər kəs həyəcanla hadisələrin gedişatını izləyirdi.

Bakının Mehdiabad qəsəbəsində Gənclər Şəhərciyində bir dəstə balaca uşaq əsgərlərimizə mənəvi dəstək üçün maraqlı bir aksiya keçiriblər. Həmin aksiyadan maraqlı görüntüləri sizlərə təqdim edirik. (faktxeber)

Mediainfo.az