Havalar düzələcək

Havalar düzələcək

4 Aprel 2016 12:30
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 5-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Axşam yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mediainfo.az-a verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 4-6 dərəcə isti, gündüz 10-15 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə isti, gündüz 13-15 dərəcə isti olacaq.

Aprelin 5-də Azərbaycanın rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 1-6 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Mediainfo.az