Azərbaycan MN: Heç bir mövqe itirilməyib

Azərbaycan MN: Heç bir mövqe itirilməyib

4 Aprel 2016 10:39
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Müdafiə Nazirliyi ermənilərin yeni mövqelər əldə etmələri barədə yaydıqları məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı açıqlamasında qeyd edib ki, bu barədə yayılan məlumatlar yalandır: "Son dəqiqələrə qədər olan məlumata görə, biz heç bir mövqelərimizi itirməmişik və Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir".

Qeyd edək ki, Ermənistan MN təmas xəttində yeni mövqelər əldə etdiklərini açıqlayıb.

Mediainfo.az