Gəncədə gənc oğlanla qız hamamda boğulublar

Gəncədə gənc oğlanla qız hamamda boğulublar

3 Aprel 2016 20:10
Bəyəndim (0) Bəyənmədim (0)
Qız ölüb, oğlanın vəziyyəti ağırdır

Gəncənin DOS 102 yaşayış massivində ölüm faktı qeydə alınıb.

Şəhər sakini 1990-cı il təvəllüdlü Elyar Musayev hələ ki, şəxsiyyəti məlum olmayan qızla evin vanna otağında huşsuz vəziyyətdə aşkar edilib. Onları dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılsalar da, qızın həyatını xilas etmək mümkün olmayıb. E. Məmmədovun vəziyyəti isə ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Mediainfo.az