Dostlarını xilas etmək üçün özünü qumbaranın üstünə atan şəhid - FOTO

Dostlarını xilas etmək üçün özünü qumbaranın üstünə atan şəhid - FOTO

3 Aprel 2016 15:48
567
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 2-nə keçən gecə cəbhədə erməni təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin şiddətli döyüşlərdə dünyasını dəyişən 12 şəhidindən biri də Elnur Adil oğlu Əliyevdir.

Mayor Əliyev Cəbrayıl rayonunun işğal altındakı Lələ təpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə özünü erməninin atdığı qumbaranın üstünə atıb ki, digər yoldaşlarını xilas etsin və o, qəhrəmancasına şəhid olub.

E. Əliyev Füzuli rayonunda dəfn olunub. Dəfn mərasimində mayorun hərbçi yoldaşları və rayon rəhbərliyi iştirak edib.

Qeyd edək ki, Elnur Əliyev Füzulinin Dədəli kəndindəndir, ailəlidir. (qafqazinfo)

Mediainfo.az