
Ermənistan ordusunda vəziyyət: cəbhə üçün yemək-içmək toplanır
Ermənistanda cəbhəyə dəstək üçün xüsusi kampaniya başladılıb.
Bu məqsədlə Facebook-da yaradılan `event`-də deyilir ki, aprelin 4 və 5-də Yerevanda ordu üçün ərzaq və digər vacib məhsulların toplanması kampaniyası keçiriləcək.
`Artsax cəbhəsi`nə ən çox lazım olan məhsullar bunlardır: Tibbi ləvazimat, su konteynerləri, yataq dəstləri, corab, alt paltar, siqaret, çay, konserva.
Bu müraciət açıq-aşkar göstərir ki, erməni ordusunda real vəziyyət necədir. Onlar hətta ən vacib qida və əşyaları da camaatdan toplamağa məcburdurlar. (AzVision)
Mediainfo.az
Digər xəbərlər