Şəhid Orxan Əliyev Qazaxda dəfn olundu - FOTO

Şəhid Orxan Əliyev Qazaxda dəfn olundu - FOTO

3 Aprel 2016 13:28
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün Azərbaycan-Ermənistan cəghə xəttində qəhrəmancasına şəhid olan həmvətənlərimizdən biri "N" saylı hərbi hissənin əsgəri Əliyev Orxan Məmməd oğludur.

Əliyev Orxan 1995-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olub. Orxan Əliyev Bakıda Texniki Kollecdə Yol hərəkətinin təşkili üzrə təhsil alıb, sonra hərbi xidmətə yollanıb. Subay idi. Ata-anası sağdır və bir qardaşı var.

Bu gün doğulduğu kənddə torpağa tapşırılacaq. Allah rəhmət eləsin.

Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.

Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.

Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.

Mediainfo.az