
Ərdoğan Qənirə Ataşovanın göz yaşlarına biganə qala bilmədi - FOTO
ABŞ-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Merilənddəki Amerika Dəyanət Mərkəzinin açılışı zamanı ona yaxınlaşaraq sual verən ANS-in xüsusi müxbiri Qənirə Ataşovanın fotoları yayılıb.
Qənirə Ataşova göz yaşları içində Azərbaycan-Ermənistan cəbhə xəttindəki son duruma Ərdoğanın münasibət bildirməsini istəyib.
Ərdoğan açılış mərasimində azərbaycanlı müxbiri (Qənirə Ataşıvanı – red.) bir daha yada salıb və "Ermənistan-Azərbaycan təmas xəttində ciddi mənada qarşıdurma davam edir və bu qarşıdurmada hər iki tərəf ciddi itki verir. Az öncə Azərbaycan televiziyası (ANS nəzərdə tutulur – red.) önümü kəsdi, müxbirin gözlərini yaşlı gördüm. Əcaba, bizim ölkəmizdəki medianın gözlərində də bu göz yaşını görə biləcəyikmi?", - deyib. (axar)
Mediainfo.az