Ərdoğan İlham Əliyevə zəng etdi - Türkiyə mediası

Ərdoğan İlham Əliyevə zəng etdi - Türkiyə mediası

3 Aprel 2016 20:00
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə prezidenti Recep Tayyib Ərdoğan Dağlıq Qarabağda yaşanan konfliktlə bağlı Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Prezidentlər cəbhədə baş verən son olayları müzakirə edib. Erdoğan 12 əsgərin şəhid olmasıyla bağlı Türk milləti adından İlham Əliyevə başsağlığı verib.

Xatırladaq ki, aprelin 1-dən 2-nə keçən gecə Azərbaycanın bütün sərhədyanı bölgələri iri çaplı silahlardan, qumbaraatanlardan, minaatanlardan və artilleriya qurğularından intensiv atəşə tutulub. Bundan əlavə, mülki əhalinin sıx yaşadığı, təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrinə atəş açılıb. Azərbaycan Müdafiə Nazirliyi xəbər verib ki, əvvəlcədən müəyyən olunmuş koordinatlar üzrə erməni silahlı qüvvələrinin ön və arxa cəbhəsindəki mövqelərinə açılan atəş zərbələri nəticəsində düşmənin çoxlu sayda canlı qüvvəsi, hərbi texnikası və hərbi infrastrukturu məhv edilib. (azxeber)

Mediainfo.az