
Rusiyada təyyarə qəzası baş verib
Rusiya KİV-lərinin yaydığı məlumata görə, bu gün səhər saatlarında Rusiyanın Maqadan bölgəsində göyərtəsində 12 sərnişin olan An-12 təyyarəsi radardan itib. Təyyarənin ekipajı rabitə əlaqəsi kəsilməzdən əvvəl yanacaq sızması və mühərrikin alışması barədə məlumat verib. "Avis-Avia" şirkətinə məxsus təyyarə Komsomolsk-Amur - Keperveem (Çuxotka) reysi üzrə uçurmuş.
Peykdən alınan siqnala görə, təyyarə Maqadandan 310 kilometr uzaqda Omsukçan qəsəbəsi yaxınlığında olduğu müəyyənləşib. Axtarış işlərinə An-28 təyyarəsi və Mi-8 helikopteri cəlb olunsa da, ərazidə duman olduğundan axtarış işləri çətinləşib.
Tədbirlər vaxtında görüləndə faciələrin qarşısını almaq mümkün olur.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər