Vərəm dispanserində həkimləri döyən şəxs haqda ölçü götürüləcək

Vərəm dispanserində həkimləri döyən şəxs haqda ölçü götürüləcək

1 Aprel 2016 12:12
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda xəstəxanada baş vermiş dava-dalaşla bağlı yeni məqamlar üzə çıxıb.

Xətai rayonu Rəşid Bağırov küçəsi 30 ünvanında yerləşən 2 saylı Vərəm Dispanserində dava salan Nəcməddin adlı şəxsin həyat yoldaşı xəstəxanada müalicə olunurmuş. O, həyat yoldaşının yanına gələrkən hələlik tam dəqiqləşməmiş səbəblərdən digər xəstə ilə dalaşıb və onu döyməyə başlayıb. Daha sonra palataya növbətçi həkim Qılman Babayev və digər həkimlər gəlib. Əvvəllər məhkum edilmiş Nəcməddin adlı şəxs həkimlərə də xuliqanlıq zəminində zərbələr endirib.

Xatırladaq ki, hadisə martın 31-də baş verib. 37-ci Polis Bölməsinə müraciət edən 1960-cı il təvəllüdlü Babayev Qılman Əli oğlu və 1963-cü il təvəllüdlü Abdulzaqov Sübhan Rza oğlu bildirib ki, xəstəxanada Nəcməddin adlı şəxs xuliqanlıq zəminində onları döyərək xəsarət yetirib.

Həkimlərin müraciəti ilə bağlı müvafiq araşdırmalar aparılır. (lent)

Mediainfo.az